Bakıda qanunsuz olaraq tikilən piyada keçidi sökülür

Bakıda qanunsuz olaraq tikilən piyada keçidi sökülür
Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən keçid sökülür. 
Yenilik.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, artıq tikilinin bir hissəsi dağıdılıb. 
Qeyd edək ki, ərazidə tənzimlənən piyada keçidi var. 
Həmçinin bu keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib. 
Sözügedən keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradırdı. 

Geri qayıt