
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.
Yenilik.az xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident Neftçala şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.