Balakəndə atmosferi çirkləndirən avtomobil sürücüləri aşkarlandı

Balakəndə atmosferi çirkləndirən avtomobil sürücüləri aşkarlandı
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.
Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb və həmin nəqliyyat vasitələrinin sahibləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Geri qayıt