“Azəriqaz” abonentlərinə xəbərdarlıq edib

Bildirilir ki, 21 aprelə qədər balansında kifayət qədər qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etməlidirlər:
“Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 “WhatsApp” nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərlə bağlı mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları geri zəng edəcək”.