May ayında yeddi gün ardıcıl dərs olmayacaq

May ayında yeddi gün ardıcıl dərs olmayacaq Mayın 1-dən 5-dək ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.
Yenilik.az xəbər verir ki, mayın 6-sı və 7-si şənbə və bazar gününə təsadüf etdiyindən tətildən sonrakı ilk dərs günü mayın 8-də olacaq.  
Bildirək ki, 6 günlük dərs həftəsi olan məktəblərdə dərslər mayın 6-dan başlayacaq.
Qeyd edək ki, bu tətil ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.

Geri qayıt