Sabahdan istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Qərar dərc edildiyi gündən 30 gün sonra - aprelin 27-də qüvvəyə minir.
Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.