ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu

ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu Tərtərdə üç nəfər minaya düşüb.
Yenilik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub 
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt