“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

“Baku Open 2023” Şahmat turnirinə dəstək “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. Mobil operator KSM strategiyası çərçivəsində bir sıra davamlı layihələr gerçəkləşdirir. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.