Mediasiya Şurasının komitəsinin ilk iclası keçirildi

İclasda Komitənin sədri Şamil Paşayev, üzvləri mediatorlar Günel İsmayılbəyli, Fidan Fətəliyeva və Xanlar Sətullayev iştirak edib.
Komitənin sədri Şamil Paşayev ilkin görüləcək işlər üzrə planlamanı üzvlərin diqqətinə çatdırıb, hazırki çətinliklər, qarşıya çıxa biləcək problemlər barədə məlumat verib. Eyni zamanda komitə üzvlərinin hər biri öz təklif və tövsiyələrini səsləndiriblər.