Şəhidlərdən ikisi polkovnik-leytenant olub - Foto

Şəhidlərdən ikisi polkovnik-leytenant olub - Foto Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 
Onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.
Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.
Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.
Fotoda şəhid polkovnik-leytenant Rəşad Hüseynov


Fotoda şəhid polkovnik-leytenant Vüsal Rüstəmov



Geri qayıt