Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərinə yola düşüb.XİN-dən Yenilik.az-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə iclasda iştirak edən digər dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.