Azərbaycanda spirtli içki və siqaret bahalaşdı

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, cari ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, ötən ilin oktyabrına nisbətən 103,9 faiz təşkil edib.
2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib./Baku.ws