"İlin vəkili" mükafatı təqdim edildi-FOTO

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.  
Yenilik.az xəbər verir ki, iclas gündəliyinə uyğun olaraq, ötən il dövlət hesabına göstərilən hüquqi yardım zamanı ən çox uğurlu nəticə əldə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevə “İlin vəkili” mükafatı təqdim edilib. 
 
Qeyd edək ki, “İlin vəkili” mükafatı ötən il təsis edilib. Bu barədə qərar ötən il dekabrın 20-də Rəyasət Heyətinin iclasında qəbul olunub.
Qərara alınıb ki, Kollegiyada hər il “İlin vəkili” seçiləcək. Nəzərə çatdırılıb ki, ilk dəfə dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə edən vəkil “İlin vəkili” adına layiq görüləcək. Növbəti ildən etibarən isə həm dövlət hesabına, o cümlədən mülki, kommersiya, inzibati və cinayət işləri üzrə ən çox uğurlu nəticə qazanan vəkillər üçün də nominasiyalar təsis olunacaq.

Geri qayıt