Nadir Adilov Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini seçilib

Yakup Erikel bildirib ki, Nadir Adilovun Türkiyə Cümhuriyyətinə səfəri zamanı onun Türk Dünyası Mediatorlar Birliyinin yaradılması sahəsindəki rolu və bu prosesdə iştrirakı nəzərə alınıb. Yakup Erikel eyni zamanda Nadir Adilova Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti mediatorları arasında səmərəli əməkdaşlığın qurulmasındakı roluna görə də təşəkkür edib.
Çıxış edən Nadir Adilov Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelə təşəkkür edib və bu vəzifənin böyük bir mənəvi məsuliyyət olduğunu qeyd edib. Nadir Adilov qeyd edib ki, Türk Dünyası Mediatorlar Birliyinin formalaşması Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının mediatorlarını qürurlandıran bir hadisədir və türk dünyasında mediasiya prosesləri sahəsində inteqrasiyanın və geniş təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq üçün çox gözəl bir platformadır.