“Təxribatların qarşısı qətiyyətlə alınacaq”

Saleh Şükürlü qeyd edib ki, Ermənistanın bu davranışı, həmçinin, beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir:”Beynəlxalq ictimaiyyət və müvafiq beynəlxalq təşkilatlar, bu cür təxribatçı fəaliyyətləri qınamalı və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün daha fəal rol oynamalıdırlar.
Azərbaycan öz sərhədlərini və vətəndaşlarını qorumaq hüququna malikdir. Dövlətimizin başçısı çıxışlarında ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təxribat cavabsız qalmayacağını vurğulayıb. Bu kontekstdə, son “qisas əməliyyatı” Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini qorumaq azmini nümayiş etdirir. Eyni zamanda bu əməliyyat potensial təxribatçılara açıq mesajdır. Bundan sonra da törədiləcək təxribatların qarşısı qətiyyətlə alınacaq”.