Təqsirləndirilən bəraət aldı, müstəntiq barəsində xüsusi qərar çıxarıldı

Təqsirləndirilən bəraət aldı, müstəntiq barəsində xüsusi qərar çıxarıldı Bu gün Sumqayıt şəhər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxin barəsində bəraət hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi vəkill Elşad İsayev açıqlamasında bildirmişdir ki,  hüquqlarını müdafiə etdiyi Natiq Şahbazovun cinayət Məcəlləsinin  234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmış, şəxsin təqsirsiz olması onun tərəfindən  tam sübuta yetirildiyi üçün onun barəsində bəraət hökmü  çıxarılmışdır. Bundan başqa İbtidai istintaq zamanı kobud qanun pozuntusuna yol verən əməliyyatçılar və müstəntiq barəsində xüsusi qərar çıxarılaraq tədbir görülməsi üçün aidiyyatı üzrə Daxili İşlər Nazirinə göndərilmişdir.
Xatırladaq ki, vəkil Elşad isayev 2023-xü ildə ən çox bəraət alan vəkil kimi İLİN VƏKİLİ mükafatına laiq görülmüşdür.
Geri qayıt