Qalmaqallı “İstanbul” Klinikasının sahibi Əziz Quliyev “Toplum TV”ni də MALİYYƏLƏŞDİRİR? – Şok məlumatlar

Əziz Quliyevin də məhz Aydın Əliyev vasitəsilə gizli şəkildə “Toplum TV”yə mütəmadi olaraq maliyyə dəstəyi verdiyi bildirilir.
Qeyd edək ki, mediada Əziz Quliyevin adı AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə birgə hallanır. Quliyevin özünə “ağsaqqal” bildiyi Mehdiyevin yaxın adamı “Bəy Mamed”lə şərik olduğu, habelə Ramiz Mehdiyevin himayədarlığı ilə İmişli rayonundakı heyvan bazarını ələ keçirdiyi qeyd edilir.