Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirdi (FOTOLAR)
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan tədbirdə ümumilikdə 100-dək şam, küknar, çinar, birgöz və a. cinsli ağaclar Agentliyin əməkdaşları ilə birlikdə məktəbin müəllim heyəti və şagirdləri tərəfindən əkilib. Şagirdlərə ağacların düzgün əkilməsi və aqrotexniki qulluq qaydaları öyrədilib, yaşıllıqların müdafiəsinin önəmi barədə məlumat verilib.