BDU-nun Hüquq fakültəsi Anar Bağırovu təltif edib

BDU-nun Hüquq fakültəsi Anar Bağırovu təltif edib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovu təltif edib.
Təltif etmə mayın 20-də BDU-da Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində ARVK-nın sədri Anar Bağırovun "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla keçirilən ilk görüşdə olub.
Belə ki, tədbirdə Anar Bağırov Hüquq fakültəsinə tədris auditoriyasında istifadə üçün tribuna, TGT-nin sədrinə isə ARVK-nın fəaliyyətinə aid nəşrlər və vəkilliyin rəmzini əks etdirən xatirə lövhəsini hədiyyə edib.
Eyni zamanda Kollegiyanın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə keçirilən “Respublika Hüquq Olimpiyadası”na və “Career Law” layihəsinə dəstəyinə görə təşəkkürnamə ilə təltif olunub.

Geri qayıt