Tacikistan Prezidenti Azərbaycana gəldi
Mayın 22-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib.Tacikistan Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
