“Avropa İttifaqı rəsmisinin Azərbaycanla bağlı bəyanatı ikrah doğurur”-Fərid Şahbazlı

“Ümumiyyətlə, Aİ Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün mandat və səlahiyyəti hardan aldığnı izah etməlidir.
Digər yandan, on illərdir Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalan, tarixi-mədəni irsinə qarşı vandalizm törədilmiş yüz minlərlə azərbaycanlının taleyi ilə bağlı bir dəfə də olsun əməli addım atmayan, soydaşlarımıza qarşı törədilmiş cinayətləri görməzdən gələn Avropa İttifaqının indi ölkəmizə insan haqları ilə bağlı məsləhət verməsi ikrah doğurur.
İkili standartlarra əsaslanan bu yanaşma Avropa İttifaqının özü üçün ali dəyər hesab etdiyi insan hüquqları fəlsəfəsinə ziddir. Bu cür təxribatçı yanaşma eyni zamanda bölgədə davamlı sülhün əldə olunması üçün aparılan fəaliyyəti tamamilə əngəlləməyə hesablanıb”.