Ədliyyə naziri tanınmış vəkilə yüksək vəzifə verdi

Ədliyyə naziri tanınmış vəkilə yüksək vəzifə verdi Ədliyyə Nazirliyində yeni təyinat olub.
Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Seymur Səfərov nazirliyin İnsan resursları idarəsinin rəis müavini - rəis vəzifəsini icra edən təyin olunub.

Qeyd edək ki, Seymur Namaz oğlu Səfərov Vəkillər Kollegiyasının üzvüdür. Bu təyinatadək o, Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Seymur Səfərov 1981-ci ildə anadan olub. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə isə magistr dərəcəsi üzrə bitirib.

Əmək fəaliyyətiə 2007-ci ilin mart ayında daxili işlər orqanlarında başlayıb, həmin ilin iyul ayından 2018-ci ilin oktyabr ayınadək fəaliyyətini Ədliyyə Nazirliyində davam etdirərək icra məmuru, Nazirliyin Kadrlar idarəsində və Təşkilat-nəzarət baş idarəsinin Xidməti araşdırmalar şöbəsində işləyib.

Polis leytenantı və kiçik ədliyyə müşaviri xüsusi rütbələri vardır.

Vəkilliyə qəbulla bağlı 2018-ci ildə keçirilən müsabiqədə uğur qazanaraq həmin ilin oktyabr ayından vəkillik fəaliyyətinə başlayıb, eyni zamanda Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

S.Səfərov, həmçinin 2020-ci ilin iyul ayından Mediasiya Şurasının üzvlüyünə qəbul olunaraq 2022-ci ilin dekabr ayına kimi mediator kimi fəaliyyət göstərib.
Geri qayıt