Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - Rəsmi açıqlama
 

<strong>Qurban Qurbanova bahalı nömrə hədiyyə edilib? - Rəsmi açıqlama</strong>
<div>
<div> </div>
</div> “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb.
Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib.
Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:
“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”. 

Geri qayıt