Güləşçimiz yarımfinalda! - Yenilənir

Güləşçimiz yarımfinalda! - Yenilənir Azərbaycan güləşçisi Georgi Meşvildişvili (125 kq) Paris Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, 1/8 finalda misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib. 
İdmançımız bu görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb. 
***
Güləşçimiz 1/4 finalda  Lxaqvaqerel Munxturu (Monqolustan) 12:2 məğlub edərək yarımfinala çıxıb. 
***
Georgi Meşvildişvili yarımfinalda gürcüstanlı Geno Petriaşvili ilə qarşılaşacaq. Görüş saat 18:35-də başlayacaq. 

Geri qayıt