"Mediasiya xidmətlərində marketinq işinin təşkili” adlı praktiki vəsaitin birinci hissəsi nəşr edilib

Mediasiya Şurası fəaliyyətə başladığı gündən istər Şura, istərsə də mediasiya təşkilatları tərəfindən əhalinin mediasiya sahəsində maarifləndirilməsi, mediasiya xidmətlərinin marketinq vasitəsilə xidmət alanlara çatdırılması sahəsində müəyən işlər görülüb. Mediasiya Şurası tərəfindən bu məqsədlə müvafiq sahədə davamlı işlər həyata keçirilir, mediasiya təşkilatlarının marketinq fəaliyyətləri aparılması sahəsində bilik və bacarıqları artırılır. Nadir Adilovun müəllifliyi ilə hazırlanan praktiki vəsait məhz mediasiya təşkilatları, mediatorların marketinq sahəsində bilik və bacarıqlarının artırılması, onların bu sahədə işlərinin səmərəli qurulması məqsədilə hazırlanıb.
Praktiki vəsaitin ödənişsiz olaraq mediasiya təşkilatları və mediatorlar arasında yayımı nəzərdə tutulub. Eyni zamanda, vəsaitlə bağlı mediatorlar üçün seminar və təlimlərin təşkili də planlaşdırılır.