Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda unikal layihə təqdim edib

Yerli beyin məhsulu olan proqram təminatı təşkilatın bütün fəaliyyətini əks etdirməklə yanaşı, idarəetmə üçün əlverişlidir və multifunksionallığı sayəsində istənilən fəaliyyət sahəsinə uyğunlaşa bilir. Layihənin məqsədi şirkətin (və ya şirkətlər qrupunun) fəaliyyətini vahid proqramda cəmləşdirmək və proqram alışı üçün xaricə pul axının qarşısını almaqdır.
Qeyd edək ki, layihənin müəllifi Sadiq Salahov UNEC-də bakalvr və magistr, eləcə də Türkiyənin İstanbul Universitetində İqtisadiyyat və idarəetmə üzrə magistr təhsili alıb, İrlandiyanın Avropa Liderlik və İdarəetmə İnstitutunda Strateji və Layihə İdarəetmə kursunu keçib, bu vaxtadək bank, inşaat, satınalma və səhiyyə sektorlarında çalışıb.


