Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.
Məlumatda, həmçinin qeyd olunub: “Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.
Heydər Əliyev hava limanına gedəcək vətəndaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Eyni zamanda bildiririk ki, oktyabrın 19-da gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq.
Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək”.