44 günlük zəfər tariximiz

Taleh Hüseynov 1994- cü il Cəllabadda dünyaya gəlib.
Xüsusi təyinatlı qüvvələrin kəşfiyyat taborunda xidmət edən Hüseynov Vətən müharibəsinin 16- ci günündə Fizulidə ağır yaralanan Taleh Hüseynov yenidən xidmətinə davam edib.
2022-ci ilin avqust ayında "Qisas" cavab əməliyyatı zamanı təkrar ağır yaralanıb.
Qazimiz “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizuli azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Canında, qanında qəhrəmanlıq, cəsurluq, qorxmazlıq olan bir şəcərə hər zaman xalqın hörmət və ehtiramına layiqdir. Onlar ordumuzun gücünü, qələbə əzmini öz qanları, canları bahasına sübuta yetirərək, adlarını tarixə yazıblar.
Noyabrın 8-də Azərbaycan xalqı Zəfər Gününü böyük sevinclə qeyd edəcək. 44 günlük Vətən savaşı Azərbaycan xalqının mübarizlik simvoluna çevrilib.