"Gənc Maliyyəçilər" layihəsi Bərdə Dövlət Peşə Təhsili Mərkəzində həyata keçirilib

Layihə çərçivəsində həyata keçirilən təlimlərdə təlimçi Samrin Xanlayev tərəfindən təlimdə iştirak edən gənclərə maliyyə sahəsində vacib mövzular, maliyyə strategiyaları, büdcənin tərtibi və investisiya prinsipləri haqqında məlumat təqdim edib. Təlim prosesi interaktiv müzakirələr, praktiki tapşırıqlar və əyləncəli oyunlar ilə zənginləşdirilib, gənclərə maliyyə biliklərini praktiki şəkildə tətbiq etməyə imkan yaradılıb.
Təlim zamanı iştirakçılara "Maliyyə planlaşdırma, büdcə tərtibi və investisiya qərarları" mövzularında ilkin və əsas anlayışlar təqdim olunub. Yazılı və şifahi mənbələr haqqında müzakirələr aparılıb. Təlimin sonunda iştirakçıların maliyyə sahəsindəki sualları cavablandırılıb və qaranlıq qalan məqamlar müzakirə edilib. Eyni zamanda təlimlərdə iştirakçı gənclərə kofe, çay və şirniyyatlar ilə dadlı fasilələr verilib.
Layihənin sonunda iştirakçılara flayerlər, logolu blaknotlar və logolu qələmlər təqdim edilib, eləcə də iştirakçılara sertifikatlar təqdim edilib. Bu layihə, gənclərin maliyyə sahəsində biliklərini artırmağı və onların gələcək karyeralarına müsbət təsir göstərməyi hədəflənmişdir.