Şadlıq saraylarında toylar DAYANDIRILDI

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib. Matəmlə əlaqədar bayraqlar endirilib.
Bəs Bakıdakı şadlıq saraylarında vəziyyət necədir? Bu günə olan məclislərlə bağlı hansı tədbir görülüb?
Yenilik.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Bakıdakı şadlıq sarayları ilə əlaqə saxlayıb.
Məşhur restoranların bəzisindən bildirilib ki, şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib.
Şadlıq saraylarının bəzisində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.