Yaralılar və həlak olanları gətirən təyyarələr Bakıya ÇATDI

Aktau şəhərindən Bakıya iki təyyarə göndərilib: biri "Azərbaycan Hava Yolları"na, digəri isə Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsinə məxsusdur. AZAL təyyarəsi Bakıya yeddi yaralı və dörd həlak olmuş sərnişinin cəsədini gətirib.
FHN təyyarəsi ilə isə yeddi yaralı gətirilib. Onları FHN əməkdaşları və həkimlər qarşılayıb. / haqqın.az