Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Geri qayıt