Vəkillər Kollegiyası sədrinin elmi məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun İstanbul Universiteti Hüquq fakültəsi tərəfindən nəşr olunan “İstanbul Hukuk Mecmuası” elmi jurnalının 2025, №2 sayının, 83-cü cildində “Adli yardım hakkı ile bilgi edinme hakkı arasındaki etkileşim: Hukuk teknolojisinin sağladığı fırsatlar” (“İnteraction between the rights to legal aid and the right to information: Opportunites presented by legal technology”) (https://iupress.istanbul.edu.tr/tr/journal/mecmua/article/adli-yardim-hakki-ile-bilgi-edinme-hakki-arasindaki-etkilesim-hukuk-teknolojisinin-sagladigi-firsatlar) adlı məqaləsi dərc olunub.
Qeyd olunur ki, hüquqi yardım və informasiya əldə etmək hüquqları arasında mövcud olan əlaqə, insan hüquqlarının müdafiəsi üçün mühüm rol oynayır və bu hüquqların təmin olunması mexanizmlərinin təkmilləşdirilməsi hər bir hüquqi sistemin inkişafı üçün vacibdir.
Xatırladaq ki, “İstanbul Hukuk Mecmuası” həm nəzəri, həm də praktiki hüquqi problemlərin elmi baxımdan təhlilini özündə birləşdirir. Jurnalda tədqiqat məqalələri ilə yanaşı, qanunvericiliyə dair təhlillər, məhkəmə qərarlarının hüquqi analizi və digər aktual məsələlər dərc olunur. Jurnal Clarivate Analytics (Web of Science- https://mjl.clarivate.com/search-results) bazasına daxildir.
