Aprel döyüşlərindən 10 il ötür
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 10 il ötür.Döyüşlər əsasən Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqamətində gedib. Azərbaycan Ordusu Talış yüksəkliklərini və strateji əhəmiyyətli Lələtəpəni azad edib. Döyüşlər zamanı düşmənin 30-a yaxın tankı, 25-dən çox artilleriya qurğusu və yüzlərlə canlı qüvvəsi məhv edilib.
Aprel döyüşləri Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi və Azərbaycan Ordusunun döyüş ruhunu ortaya qoydu. Bu qələbə 2020-ci ilin Vətən müharibəsi ilə tamamlandı və Azərbaycan öz torpaqlarını tam azad etdi.
