Hava kəskin dəyişəcək: SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ
Paytaxtda və yarımadada həftə ərzində termometrlərin göstəriciləri +16°C-dən başlayaraq +26°C-yədək yüksələcək. Xüsusilə mayın 12-si və 13-də cənub-şərq küləklərinin təsiri ilə havanın daha isti keçəcəyi gözlənilir. Mayın 14-də isə şimal küləyi əssə də, temperatur yüksək səviyyədə, yəni +25°C-də qalacaq.
Təqdim olunan meteoroloji məlumatlara görə, respublikanın müxtəlif şəhər və rayonlarında temperatur göstəriciləri +23°C-yə qədər yüksələcək. Həftəlik proqnozda ən diqqətçəkən məqamlardan biri yağıntı ehtimalının kəskin azalmasıdır.
Mayın 14-də bu göstərici cəmi 2% təşkil edəcək ki, bu da tam aydın və buludsuz hava deməkdir. Günəş şüalarının intensivliyi artdığı üçün mütəxəssislər günorta saatlarında birbaşa günəş altında uzun müddət qalmamağı tövsiyə edirlər.
Qeyd edək ki, günün uzunluğu artmaqda davam edir: mayın 15-də günəş artıq saat 05:24-də doğacaq, 19:48-də isə batacaq./Sfera.az/
