WUF13-də mina problemi ilə bağlı tədbir keçirildi
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Minatəmizləmə Agentliyi (ANAMA) “Post-münaqişə dövründəşəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda yan tədbir keçirilib.O bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, həm də bərpa və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır.
“Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.
ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarəedilməsi şöbəsinin müdiri Ramil Cahangirov iştirak edib.
