Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd edilir Bu gün Azərbaycanda Qurban bayramıdır.
Yenilik.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il mayın 27 və 28-i bayram günü kimi müəyyənləşdirilib. 
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edir. 
Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakının Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq, 3 gün davam edə bilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bayram günləri (27-28 may) və 28 May Müstəqillik Günü üst-üstə düşdüyü üçün ardıcıl 5 gün – 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü hesab olunur.
Xatırladaq ki,  Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Bayramınız mübarək!

Geri qayıt