Nadir Adilov: "Mediatorların baza təlim kurslarına start verdik"

“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, kurslar 15 nəfərdən artıq olmayan qruplarda keçiriləcək. Namizədlər təlimdə nəzəri biliklərlə yanaşı, imitasiya, rol oyunlarından ibarət praktiki biliklərə də yiyələnəcəklər. Təlimləri hər qrupda ko-təlimçilər olmaqla, mediasiya təlimçiləri və praktiki mediatorlar aparacaqlar.
Kursların sonunda isə əvvəlcədən formalaşdırılmış İmtahan Komissiyası tərəfindən namizədlərin nəzəri və praktiki bilikləri yoxlanılacaqdır.
Baza təlimlərinin açılışında Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov açılış nitqi ilə çıxış edərək, gələcəkdə mediator olmaq istəyənlərə uğurlar arzu ediblər.