“Ermənilər özləri də bu yalandan istifadə etdikləri üçün utanc duyurlar”

“Ermənilər özləri də bu yalandan istifadə etdikləri üçün utanc duyurlar” “Konqresmen Bob Menendes ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə yalan məlumat və saxta fotolarla yalanlar danışır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda B.Menendesə cavab olaraq yazıb.
“Fotodakı şəxs xərçəngdən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim edildikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanc duyurlar”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu cür lobbiçilik, açıq-aşkar yalan, azərbaycanlılara və digərlərinə qarşı irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal nüfuzuna xələl gətirir.

Geri qayıt