Prezident: "Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub"

Ölkələr arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub.
“2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - Prezident İlham Əliyev vurğulayıb.