“Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının xüsusi buraxılışı çap edilib
"Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26), “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı nəşr edilib.Qeyd edək ki, jurnalda dərc olunan hər bir elmi məqalə antiplagiat yoxlamasından keçirilib və DOI indeksi ilə açar sözlər, o cümlədən Azərbaycan, ingilis və rus dillərində geniş xülasələrlə nəşr edilib.
Bundan başqa, jurnalda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarları və Vəkillər Kollegiyasının 2025-ci ilin iyun-avqust ayları üzrə müvafiq xəbərləri öz əksini tapıb.
Qeyd edək ki, Jurnalın baş redaktoru Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovdur.
Jurnalın elektron variantı aşağıdakı veb-saytda yerləşdirilib:
