Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Azercell Telecom”un təsisçisinin vergi borcu 3 milyon manata yaxınlaşıb

“Azercell Telecom”un təsisçisinin vergi borcu 3 milyon manata yaxınlaşıb

“Azercell Telecom”un təsisçisinin vergi borcu 3 milyon manata yaxınlaşıb
2021-08-11 , 02:59

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin 2 998 294 manat vergi borcu var.


“Kommersant.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, bu vergi borcu 05.08.2021-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “AzInTelecom” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur Xidmət kimi” (IaaS) əsaslı xidmətlərdən ibarətdir.
“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas səhmdarıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.