Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » 120-dən çox jurnalist ölkə başçısına müraciət etdi

120-dən çox jurnalist ölkə başçısına müraciət etdi

120-dən çox jurnalist ölkə başçısına müraciət etdi
2021-10-05 , 10:51

120-dən çox jurnalist ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Correct.az xəbər verir ki, bu barədə jurnalistlərdən ibarət “Az-Media” qrupu məlumat yayıb. Məlumatda bildirilir ki, 123 media nümayəndəsi işğaldan azad edilən ərazilərə səfər etmək üçün ölkə başçısına müraciət ünvanlayıb:
“Torpaqlarımızın işğaldan azad edilməsindən bir il ötməsinə baxmayaraq bəzi həmkarlarımız hələ də Qarabağa, Şuşaya və digər azad edilən ərazilərimizə gedə bilməyib. Bu barədə onlar fərdi olaraq bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsə də onların müraciətinə baxılmayıb, hətta cavab belə verilməyib. Buna görə də çoxsaylı xahiş və tələbləri nəzərə alaraq ölkə başçısı, cənab İlham Əliyevə həmkarlarımızın imzası ilə müraciət etməyi qərara aldıq.
Tərtib etdiyimiz onlayn anketi qısa zaman kəsiyində (Bir dəfə də olsun işğaldan azad edilən ərazilərə səfər etməyən) 123 media nümayəndəsi doldurdu və ünvanlanacaq müraciətdə adının yer almasını istədi. Bütün müraciətlər toplandı, siyahı halına salındı və ölkə başçısına müraciət ünvanlandı.
Qeyd edək ki, müraciət eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova da göndərilib. Ümid edirik ki, müraciətimizə müsbət cavab verilər və həmkarlarımızın işğaldan azad edilən Qarabağımıza səfəri təşkil edilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.