Prezident və xanımı Şəhidlər xiyabanında - Fotolar

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.