Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub
2022-03-31 , 19:55

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenilik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Qarabağdakı vəziyyət müzakirə olub.
“Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqlənib”, - deyə məlumatda bildirilib.
Vladimir Putin həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon əlaqəsi saxlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.