Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » "Azərbaycan ilə Rusiya arasında münasibətlər bundan sonra da möhkəmlənəcək"

"Azərbaycan ilə Rusiya arasında münasibətlər bundan sonra da möhkəmlənəcək"

2022-06-12 , 13:42

Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

Yenilik.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Rusiya Federasiyasının dövlət bayramı – Rusiya Günü münasibətilə bu ölkənin Prezidenti Vladimir Putinə ünvanlandığı təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin deyilir: “Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib. Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.