Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var” - Rəisi

“Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var” - Rəisi

“Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var” - Rəisi
2022-06-29 , 16:30

“Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var”.

 
Yenilik.az xəbər verir ki, bunu iyunun 29-da Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.
 
“Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər”, - İran lideri vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.