Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrıldı

Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrıldı

Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrıldı
2022-08-03 , 14:14

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenilik.az xəbər verir ki, sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon (beş milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.