Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Döyüş təyyarələri və helikopterlər havaya qaldırıldı - RƏSMİ

Döyüş təyyarələri və helikopterlər havaya qaldırıldı - RƏSMİ

Döyüş təyyarələri və helikopterlər havaya qaldırıldı - RƏSMİ
2022-08-04 , 13:59

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

 
Bu barədə Yenilik.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
 
Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.