Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev: "Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri var"

İlham Əliyev: "Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri var"

İlham Əliyev:
2022-11-18 , 11:55

"Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir".

Yenilik.az-ın xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Salome Zurabişviliyə ünvanladığı məktubunda yer alıb.
"Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur.
Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır", - məktubda vurğulanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.